Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Xanalıyev Ziyəddin Ariz oğlu

 Vətən Müharibəsi şəhidi  Xanalıyev  Ziyəddin Ariz oğlu - 16 yanvar 1999-cu ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Orta təhsilini Təzəkənd kənd tam orta məktəbində almışdır. Subay idi.
Ziyəddin Xanalıyev 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuş, Daşaltı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. O, doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Ziyəddin Xanalıyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!


Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

Keçidlər