Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ruslan Qurbanovun xatirəsi ehtiramla anıldı.

02 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan Biləsuvarlı qəhrəmanlardan biri də Ruslan Üzeyir oğlu   Qurbanov idi. 2 oktyabr 2021-ci il tarixi Vətən Müharibəsində qəhrəmanlıq göstərərək şəhid olan Ruslan Qurbanovun şəhidlik zirvəsinə ucalmasından bir il ötür.
Şəhidin doğulub boya- başa  çatdığı Ağalıkənd kəndində keçirilən  anım mərasimlərində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov,  rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etdi.Mərasimdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov  şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşdü. Tədbir zamanı qəhrəman şəhidimizin hər birinin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı olmuşdur.
Ruslan Üzeyir oğlu  Qurbanov - 1991-ci il sentyabrın 7-də Biləsuvar rayonunun Ağalıkənd кəndində anadan olub. Ağalıkənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra Gəncədəki N saylı hərbi hissədə hərbi xidmətini çəkmişdir.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Ruslan Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib və  oktyabrın 2-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Ruslan Qurbanov ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalıları ilə təltif edilib.

Keçidlər