Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın əməkdar mühəndisi”, mərhum Rizvan Abasova həsr olunmuş “Həyat hekayələri-Rizvan Abasov” sənədli filminin təqdimat mərasimi keçirildi.

16 oktyabr 2014 | 15:00

16 oktyabr  2014-cü il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın əməkdar mühəndisi”, mərhum Rizvan Abasova həsr olunmuş “Həyat hekayələri-Rizvan Abasov” sənədli filminin təqdimat mərasimi keçirildi.
Tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev,  Azərbaycan Dövlət Neft Şirkətinin “Dəniz-neft-qaztikinti” trestinin təchizat idarəsinin rəisi Gülab Bünyadov, “Dəniz-neft-qaztikinti” trestinin  “Qaz-ixracat” idarəsinin rəisi Qağaməli Seyfullayev, filmin ssenari müəllifi  və layihə rəhbəri Bəxtiyar Qaraca, filmin quruluşçu rejissoru Kəmalə Mirzəyeva,hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun  idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, mərhumun qohumları və ailə üzvləri  iştirak etdilər.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev tədbiri giriş sözü ilə açaraq  mərhum Rizvan Abasovun həyat yolundan danışdı.Bildirdi ki, Rizvan yaşadığı qısa ömür çərçivəsində öz savadı, qabiliyyəti sayəsində respublikada sevilən bir neftçi kimi tanınmışdır.
Mərasimdə Rizvan Abasovun çiyin yoldaşları, ailə üzvləri çıxış edərək onunla bağlı olan xatirələrini bölüşdülər.
Sonra “Həyat hekayələri-Rizvan Abasov” filminin ssenari müəllifi  və layihə rəhbəri Bəxtiyar Qaraca filmin ərsəyə gəlməsi barədə tamaşaçılara məlumat verdi.
Bildiririk ki, Rizvan Fərman oğlu Abasov Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. Uzun müddət   Azərbaycan Dövlət Neft Şirkətində yüksək vəzifələrdə vətəninə və xalqına xidmət edib.52 yaşında avtomobil qəzası nəticəsində həyatla vidalaşdı.Rizvan Abasovun hər iki övladı hazırda atalarının yolunun davamçılarıdır.
Mərhumun övladları Azərbaycan Dövlət Neft Şirkətini işçisi Sünarə Abasova və Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Araz Abasov çıxış edərək ataları haqqında bu tədbirin keçirilməsi və filmin çəkilməsinə görə filmin yaradıcı kollektivinə və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda “Azərbaycanın əməkdar mühəndisi”, mərhum Rizvan Abasova həsr olunmuş “Həyat hekayələri-Rizvan Abasov” sənədli filminə baxış keçirildi.

Keçidlər