Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirildi

23 mart 2018 | 16:00

23 mart 2018-ci il tarixdə Heydər Əliyev Mərkəzində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının  icrasını təmin etmək məqsədi ilə gənclər , xüsusi ilə ilk dəfə səsverənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün seçkilərində ilk dəfə səs verəcək gənclərlə maarifləndirmə tədbiri keçirildi.
     Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə müavini   Ləman Yüzbaşova, rayon ağsaqqalı Akif Kazımov, 66 saylı Biləsuvar Dairə Seçki Komissiyasının    sədri Əzizağa Hətəmov və  200 nəfər ilk dəfə səs verəcək gənclər iştirak etdilər.
    Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov qeyd etdi ki, 11 aprel 2018-ci il tarixdə Prezident seçkiləri keçiriləcək. Gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Odur ki, xüsusən gənclərimiz seçkilərdə fəal olmalıdır.
     Sonra çıxış edənlər Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Ləman  Yüzbaşova,   rayon ağsaqqalı Akif Kazımov    söylədilər ki, hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır. Odur ki,    gəncləri 11 apreldə fəal olmağa, Prezident seçkilərində  ən layiqli namizədə-uğurlu gələcəyə səs verməyə çağırıq.
     66 saylı  Biləsuvar Dairə Seçki Komissiyasının sədri Əzizağa Hətəmov ilk dəfə səs verəcək gənclərin seçki hüququndan, seçkilərə hazırlıq işlərindən danışdı, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğuladı.
      Tədbirində seçki qaydalarına dair videoçarx nümayiş etdirildi və ilk dəfə səs verəcək gənc seçicilərlə simulyativ “seçki” prosesi keçirildi.

Keçidlər