Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunun ümumtəhsil məktəblərində tədris ilinin yekunları ilə bağlı “Son zəng” tədbirləri keçirildi.

14 iyun 2018 | 16:00

14 iyun 2018-ci il tarixdə Biləsuvar rayonunun təhsil müəssisələrində növbəti tədris ilinin yekunları ilə bağlı son zəng  tədbirləri keçirildi.
Biləsuvar şəhər 4 saylı tam orta məktəbində keçirilən  tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, valideynlər, müəllim və şagirdlər iştirak etdi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək məktəbin kollektivinə, şagirdlərə və valideynlərə öz təbriklərini çatdırdı.M.Quliyev təhsli sahəsində görülən işlərdən danışaraq qeyd etdi ki, Ölkəmizin Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsidir ki, bu gun rayonumuzda təhsil sahəsində ölçüyəgəlməz işlər aparılır.Yeni-yeni məktəblər inşa olunur, əsaslı təmir edilir, yeni inventarlarla təchiz olunur.Məhz bu qayğının məntiqi nəticəsi olaraq hər bir müəllim üzərlərinə düşən vəzifələri layiqincə icra etməli, hər bir şagird elmə, təhsilə mükəmməl yiyələnməlidir.Şagirdlər həyata hərtərəfli yetişkin, vətənpərvər, savadlı gənclər kimi hazırlanmalıdır.Bu sahədə  müəllimlərimizin üzərlərinə böyük yük düşür.
Digər çıxış edən natiqlər də məktəbin pedaqoji  kollektivinə və şagirdlərə xoş arzularını bildirdilər.
Sonra   birincilər son zəngi çaldılar.
Tədbirdə məktəbin şagirdləri tərəfindən hazırlanmış konsert proqramı və rəqslər nümayiş etdirildi.

Keçidlər