Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş veloyürüş keçirildi.

09 oktyabr 2018 | 16:00

06 oktyabr 2018-ci il tarixdə Biləsuvar rayonunda  Gənclər və İdman İdarəsinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili”nə həsr olunmuş veloyürüş keçirildi. Veloyürüşdə  Biləsuvar rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzə Cəfərov, Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Fərhad Əliyev, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov iştirak etdi.
Veloyürüşün açılış mərasimində çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov yürüş iştirakçılarına uğurlar arzuladı və bildirdi ki Azərbaycan xalqı Şərqdə ilk demokratik cümhuriyyətini yaradaraq bütün dünyaya nümayiş etdirdi ki, bu xalq müstəqil ola bilər və bu gün bizim börcumuz bu müstəqilliyi qorumaqdır.Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev cənablarının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamından sonra 2018-ci ilin  ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi olduqca önəmli addımdır.
.Tədbirdə çıxış edənlər veloyürüşdə iştirak edən hərkəsə uğurlar arzuladılar, bütün gənclərə nümunəvi,vətənpərvər bir gənc kimi yetişməyi tövsiyə etdilər.
Müxtəlif yaş qruplarından olan 100-dən çox velosipedçinin qatıldığı veloyürüş şəhərin girişindən start götürərək Heydər Əliyev küçəsi boyunca davam etdi.
Veloyürüşdə fərqlənmiş idmançılara Biləsuvar rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələri təqdim edildi.

Keçidlər