Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Biləsuvar məktəbliləri növbəti ekskursiyaya yola düşdülər.

14 noyabr 2018 | 16:00

14 noyabr  2018-ci il tarixdə Biləsuvar rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində  Qəbələ-Şəki-Zaqatala rayonlarına 4 gunlük ekskursiyaya  yola salındılar.
İştirakçılar əvvəlcə Ulu Öndər  Heydər Əliyevin   abidəsini ziyarət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Yola salınma mərasimində Biləsuvar rayon icra Hakimiyyəti başçısının müavinləri Ləman Yüzbaşova, Elsevər Həsənov, İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, aidiyyatı təşkilat rəhbərləri, valideynlər və KİV nümayəndələri  iştirak etdi.
Mərasimdə  çıxış edən  Biləsuvar rayon icra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxış edərək bildirdi ki, maarifləndirici tur-aksiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə həyata keçirilir. Bu gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacaqdır.
L.Yüzbaşova  səfər  çərçivəsində şagirdlərə tanış olacaqları şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini  dərindən öyrənmələrini tövsiyyə etdi və  xoş istirahətlər arzuladı.
Tədbirdə çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov tur-aksiya iştirakçılarına uğurlar dilədi və səfərdə olacaqları rayonlarda keçirilən tədbirlərdə daha da aktiv olmağa səslədi.
Tur aksiya çərçivəsində şagirdlər  bu rayonların tarixi və görməli yerləri ilə tanış olacaq, bir çox tarixi və mədəniyyət obyektlərinə  ekskursiya edəcək, təşkil olunacaq intellektual oyunlar və musiqili proqramlarda iştirak edəcəklər.

Keçidlər