Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvarda “Dilimiz sərvətimizdir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi.

27 noyabr 2018 | 16:00

27 noyabr 2018-ci il tarixdə   Biləsuvar rayonunda Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondu və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  “Dilimiz sərvətimizdir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva, Bilik Fondu İnformasiya şöbəsinin məsləhətçisi Abbas Əliyev və rayonun ümumtəhsil məktəblərinin Azərbaycan dili müəllimləri  iştirak etdi.
Tədbiri giriş sözü ilə açan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova qonaqları salamladıqdan sonra ölkəmizdə Azərbaycan dilinin qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışdı.Bildirdi ki, Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir. Əsrlər boyu təqib və təzyiqlərlə qarşılaşan dilimiz laylalarımızın, bayatılarımızın, nağıllarımızın, “Kitabi-Dədə Qorqud”umuzun dilidir. Azərbaycan dilinin dünyada ən kamil dillərdən biri olduğunu bir çox xalqların görkəmli nümayəndələri də etiraf ediblər.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun həyata keçirdiyi maarifləndirici layihə barədə məlumat verib.

Bildirib ki, dilimizin qorunması hər bir vətəndaşın mənəvi borcu və hüquqi öhdəliyidir, Bilik Fondunun bu istiqamətdə maarifləndirici tədbirləri müsbət nəticələr verir.

Natiq Azərbaycan dilinin qorunması ilə bağlı ölkə başçısının sərəncam, tapşırıq və tövsiyələrini xatırladaraq, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülən işlərdən danışaraq qeyd edib ki, dilin saflığı, yad təsirlərdən qorunması hər bir vətəndaşın ən ümdə vəzifələrindəndir.
Tədbirdə 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili kimi işlənməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi yollarından bəhs edilib.
Xalqımıza və onun dilinə tükənməz məhəbbətini, qayğısını əsirgəməyən Ümummilli lider Heydər Əliyevin və hazırda bu ənənələri uğurla davam etdirən Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğısından bəhs edən mühazirəçilər dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən işlərin dilimizin inkişafına böyük qayğının təzahürü olduğunu vurğulayıblar.

Keçidlər