Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda Mülki Müdafiənin təşkili, planlaşdırılması və maarifləndirmə işinin aparılması ilə bağlı mövcud vəziyyətin təhlili mövzusunda müşavirə keçirildi.

29 noyabr 2018 | 16:00

29 noyabr  2018-ci  il  tarixdə   Biləsuvar rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Biləsuvar rayonunda mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması, maarifləndirmə işinin aparılması ilə bağlı mövcud vəziyyətin təhlili və bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması üçün görülmüş işlərin yekunları və 2019-cu  tədris ilində qarşıda duran vəzifələrin müəyyən edilməsi” mövzusunda müşavirə keçirildi.
         Müşavirədə rayon İcra Hakimiyyəti başçısının müavini Elsevər Həsənov, Muğan Regional Mərkəzin Mülki Müdafiə  Tədbirlər Planlarının planlaşdırılması şöbəsinin rəisi, polkovnik-leytenant Rafik Zeynalov, Mülki Müdafiəyə Hazırlıq şöbəsinin rəisi, kapitan İdris Rzayev, Biləsuvar rayon Yanğından Mühafizə hissəsinin nümayəndələri, icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak etdi.
Müşavirədə rayon İcra Hakimiyyəti başçısının müavini Elsevər Həsənov çıxış edərək bu sahədə görülən işlər barədə ətraflı məlumat verdi.Bildirdi ki, bu müşavirə mülkiyyət formasından asılı olmayaraq rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdə mülki müdafiə işinin təşkili, əhalinin mülki müdafiə sahəsində hazırlanması, maarifləndirmə işinin aparılması ilə bağlı mövcud vəziyyətin təhlili və bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması, eləcə də ehtimal olunan fövqəladə halların qarşısının alınması və ya nəticələrinin aradan qaldırılması istiqamətində birgə fəaliyyətin təşkili məqsədilə keçirilir.
Toplantıda Muğan Regional Mərkəzin Mülki Müdafiə  Tədbirlər Planlarının planlaşdırılması şöbəsinin rəisi, polkovnik-leytenant Rafik Zeynalov və Mülki Müdafiəyə Hazırlıq şöbəsinin rəisi, kapitan İdris Rzayev çıxış edərək bildirdilər ki,  toplantının təşkilində əsas məqsəd qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zamanı FHN-in regionda fəaliyyət göstərən qurumları ilə rayonun aidiyyəti idarə, təşkilat və müəssisələri arasında qarşılıqlı fəaliyyətin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsidir.
Tədbir zamanı mülki müdafiənin təşkili, planlaşdırılması, əhalinin mülki müdafiə sahəsində hazırlanması ilə bağlı məruzələr edilmiş, suallar cavablandırılmışdır.
Sonda müvafiq idarə, təşkilat və müəssisə rəhbərlərinin təklifləri dinlənildi, Mərkəz rəhbərliyi tərəfindən qeyd olunan nöqsanların aradan qaldırılması istiqamətində görüləcək işlərin səmərəliliyinin artırılması üçün tövsiyələr verildi.

Keçidlər