Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.

31 yanvar 2019 | 16:00

31 yanvar 2019-cu il tarixdə    Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd  kəndində vətəndaşlarla görüş və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdi.
Nərimankənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonun Nəsimikənd, Səmədabad kəndləri  ilə sərhəddir.İnzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 883 təsərrüfat, 4279 nəfər əhali yaşayır.
Tədbirdə Nərimankənd  kənd İcra nümayəndəsi Asif Ağamalıyev çıxış edərək ötən  dövr  ərzində  görülmüş işlərdən danışdı  və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, nümayəndəlik üzrə  tam orta məktəb,  ümumi orta məktəb,  müasir tələblərə cavab verən həkim ambulatoriyası, kənd klubu,  kitabxana,  EATS və poçtampt fəaliyyət göstərir.
Ötən dövr ərzində  2,3  km məsafədə kənddaxili  yol asfaltlaşdırılmış,  kəndaxili yollar qum-çınqıl qarışığı ilə təmir olunmuş, əkin sahələrinə xidmət göstərən şor kollektorları lildən təmizlənmişdir.Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.Kənddə əhalini içməli su ilə təmin etmək məqsədilə “Modul” tipli sudurulducu qurğu quraşdırılmış və bulaqlar tikilmişdir.
Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək kənd sakinlərinə səmimi görüş üçün  minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı..Bildirmişdir ki, dövlət səviyyəsində qəbul edilən Proqramların, xüsusən, “Regionların Sosial İqtisadi inkişafı Dövlət Proqramının” icrası ilə əlaqədar rayonda, eləcədə Nərimankənd kəndində abadlıq və quruculuq işləri görülmüşdür.Bu gün kənd təbii qazla təmin olunur, kəndin mərkəzi yoluna asfalt örtük qoyulmuşdur. Şor kollektorları lildən təmizlənir.
Nərimankənd kəndi rayonun pambıqçılıq üzrə ixtisaslaşmış ən böyük kəndlərindən biridir.Bu da kənddə məşğulluğun tam təmin edilməsinə şərait yaradır və əhalinin gəlirlərinin artmasına səbəb olur.Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.
Görüşün zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Nərimankənd kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilat rəhbərlərinə tövsiyə və tapşırıqlarını verdi.

Keçidlər