Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda 8 mart- Beynəlxalq Qadınlar Bayramı münasibətilə tədbir keçirildi.

07 mart 2019 | 16:00

07 mart 2019-cu il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  8 mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahir Quliyev bayram münasibətilə qadınları təbrik edərək onlara xoş arzularını bildirdi.O, qadınlarımızın respublikamızın ictimai-siyasi, elmi-mədəni inkişafındakı fəal rolundan danışaraq qeyd etdi ki, artıq Azərbaycan xanımları dərin zəkaları və tükənməz potensialları ilə bu gün dövlət idarəçiliyinin ən yüksək pillələrində belə xalqa və cəmiyyətimizə layiqincə xidmət edirlər. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Dövlət qadın siyasətinin Prezidentimiz cənab İlham Əliyev tərəfindən  davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu gün Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.Azərbaycan Respublikasının birinci vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
M.Quliyev bildirdi ki, rayonumuzda da qadınlarımız bir çox dövlət vəzifələrində çalışmaqla onlara etibar olunan işlərin öhdəsindən layiqincə gəlirlər.M.Quliyev bir daha qadınları təbrik etdi və bundan sonra da fəaliyyət göstərdikləri peşələrində uğurlar arzuladı.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup  qadınlar qazandıqları uğurlara görə rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələrlə  təltif olundular.
Çıxış edənlər bayram münasibətilə qadınlarımızı təbrik etdilər və onlara şəxsi həyatlarında və  işlərində müvəfəqiyyətlər arzuladılar.
Sonra  rayon Mədəniyyət işçiləri hazırladıqları konsert proqramı ilə çıxış etdilər.

 

Keçidlər