Şriftin ölçüsü :

Saytın rəngi :

Bilik günü münasibətilə Biləsuvar rayonunun ümumtəhsil məktəblərində tədbirlər keçirildi.

16 sentyabr 2019 | 16:00

16 sentyabr 2019-cu il tarixdə Bilik günü münasibətilə rayonun bütün təhsil ocaqlarında tədbirlər keçirildi.
Keçirilən  tədbirdə rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev, rayon icra hakimiyyəti başçısının aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, məktəblərin müəllim və şagird kollektivi, valideynlər və  ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Biləsuvar şəhər 1 saylı tam orta məktəbində keçirilən tədbirdə məktəbin direktoru X.Abıyeva çıxış edərək bildirdi ki, bu gün məhz Ölkə  Prezidenti cənab İlham Əliyevin  təhsilə olan diqqəti və qayğısının nəticəsidir ki, bir neçə gün öncə  açılışını etdiyimiz ən müasir tələblərə cavab verən  məktəbdə yeni dərs ilinə başlayırıq.Məktəbdə müəllim və şagirdlərimiz üçün bütün şərait yaradılmışdır.1176 şagird yerlik olan məktəb binasında 2 fizika, 2 kimya, 2 biologiya laboratoriyaları, 1 məktəbəqədər, 1 hərbi hazırlıq, 1  linqafon otağı və 48 sinif otaqları, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, akt zalı, idman zalı inşa edilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.
X.Abıyeva məktəbin kollektivi adından qonaqları əmin etdi ki, məktəb əvvəlki ənənəsinə sadiq qalaraq bundan sonra da bütün qüvvəsi ilə çalışaraq cəmiyyətimiz üçün əsl vətənpərvər və savadlı kadrlar yetişdirəcəkdir.
Sonra Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.M.Quliyev bildirdi ki, Ölkə Prezidenti  cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın  Təhsil sisteminin maddi-texniki bazasının  möhkəmləndirilməsinə göstərdikləri yüksək qayğı və diqqət  rayonumuzda da  öz  müsbət nəticələrini  verir. Son illər rayonumuzda  17 yeni məktəb tikilmiş  7 məktəb  yüksək səviyyədə əsaslı  təmir olunaraq istifadəyə  verilmişdir. Təhsil ocaqlarının  maddi-texniki bazası hər il yenilənir, informasiya kommunikasiya texnologiyaları ilə  təminat  yaxşılaşdırılır.Görülən bu işlər müəllimlərimizin rahat və gözəl binalarda işləmələrinə, şagirdlərimizin isə gözəl məktəblərdə dərs keçmələrinə yaradılan şəraitdir. Məhz bu qayğının məntiqi nəticəsi olaraq hər bir müəllim üzərlərinə düşən vəzifələri layiqincə icra etməli, hər bir şagird elmə, təhsilə mükəmməl yiyələnməlidir.Şagirdlər həyata hərtərəfli yetişkin, vətənpərvər, savadlı gənclər kimi hazırlanmalıdır.Bu sahədə  müəllimlərimizin üzərlərinə böyük yük düşür.
Çıxış edənlər yeni dərs ili və  bilik günü münasibətilə müəllim və şagirdləri təbrik edərək onlara ən xoş arzularını bildirdilər.
Sonra şagirdlərin ifalarında  rəqslər nümayiş olundu və şagirdlərin hazırladıqları kompazisiya söylənildi.

 

 

Keçidlər