Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda "Uşaq hüquqları aylığı" çərçivəsində tədbir keçirildi.

25 oktyabr 2019 | 16:00

24 oktyabr 2019-cu il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) təşəbbüsü ilə  20 oktyabr-20 noyabr tarixlərində ənənəvi olaraq respublikamızda həyata keçirilən "Uşaq hüquqları aylığı" çərçivəsində  tədbir keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxış edərək bildirdi ki, tədbir Azərbaycan Respublikası tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının ratifikasiya edilməsinə uyğun olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUDSMAN) təşəbbüsü ilə keçirilir.
Bildirildii ki,  hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunmuşdur.
L.Yüzbaşova qeyd etdi ki, respublikamızda uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması,  layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.  Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı.Bu gün həmin kurs Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün ilbəil müxtəlif tədbirlər həyata keçirilir.Bu gun uşaqlara göstərilən dövlət qayğısının tərkib hissəsi olaraq rayonda  yeni-yeni bağçalar tikilir, məktəblər inşa olunur, parklar salınır.
L.Yüzbaşova bir daha uşaqları təbrik edərək bildirdi ki, rayonumuzda həyata keçirilən bu tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
Tədbirdə Biləsuvar Regional Mədəniyyət idarəsinin rəis müavini Rəfiqə Cəfərova çıxış edərək  "Uşaq hüquqları aylığı" çərçivəsində  rayonun mədəniyyət müəssisələrində görülən işlərlədən danışdı, keçiriləcək tədbirlər barədə məlumat verdi.R.Cəfərova bir daha uşaqları təbrik etdi və onlara gələcək işlərində uğurlar dilədi.
Tədbirdə  uşaqların hazırladıqları şerlər səsləndirildi,  rəqslər nümayiş etdirildi və səhnəciklər göstərildi.Sonda uşaqlar üçün film nümayiş olundu.

Keçidlər