Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Biləsuvar məktəbliləri növbəti ekskursiyadan qayıtdılar.

16 noyabr 2019 | 16:00

16 noyabr  2019-cu il tarixdə Biləsuvar rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi  “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində  Qəbələ-Şəki-Zaqatala rayonlarına olan 4 gunlük  səfərlərini başa vuraraq geri qayıtdılar.
Şagirdlərin qarşılanma mərasimində   Biləsuvar rayon icra Hakimiyyəti başçısının müavini Ləman xanım Yüzbaşova, aidiyyatı təşkilat rəhbərləri, valideynlər və KİV nümayəndələri  iştirak etdi.
Tur-aksiya iştirakçıları olan şagirdlərimiz ekskursiya müddətində Qəbələ, Şəki və Zaqatala rayonlarındakı, muzeylərlə, tarixi məkanlarla yaxından tanış olaraq, şəhərlərin görməli yerlərini gəziblər.
Şagirdlər ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış olub, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaranıb.
Aksiya çərçivəsində məktəblilərin asudə vaxtlarında təşkil olunan “Nə? Harada? Nə vaxt?” intellektual oyunlarında rayonumuzun komandaları 9 rayonun 54 komandası arasında ikinci və üçüncü yerə layiq görülərək kubok, diplom və medallarla təltif olunublar.
Tədbirdə Biləsuvar məktəbliləri onlara yaradılan bu şəraitə görə ölkə Prezidentinə öz təşəkkürlərini bildirdilər.

Keçidlər