Şriftin ölçüsü :

Saytın rəngi :

Karantin rejiminin sərtləşdirilməsi vətəndaşların sağlamlıqlarını qorumaq məqsədi daşıyır

05 iyun 2020 | 16:00

Respublika Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq Biləsuvar rayonunda da Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ciddi tədbirlər həyata keçirilməsi davam etdirilir.
Rayon İcra Hakimiyyəti yanında Koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə yaradılmış Operativ Qərargah fəaliyyətini daha da gücləndirir.Əhali tərəfindən karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət olunmaqla, əhali arasında geniş maarifləndirmə işləri aparılır.
Koronavirus infeksiyasına qarşı mübarizədə mühüm tədbirlərdən olan dezinfeksiya işləri gündən-günə sürətlənir.İndiyədək 350 min kvm-dən çox ərazidə dezinfeksiya tədbirləri görülmüşdür.
Rayon İcra Hakimiyyəti və digər qurumlar tərəfindən tənha və kimsəsiz adamlara qayğı və diqqət ön planda saxlanılır.
Respublika Nazirlər Kabineti tərəfindən pandemiyanın ilk günlərindən qəbul edilmiş məqsədyönlü qərarlar və karantin rejiminin tətbiqi nəticəsində bütün respublikada vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur.Tətbiq olunmuş karantin rejimindən mərhələlərlə çıxmaq planının həyata keçirilməsinə başlanılmışdır.
Lakin son vaxtlar vətəndaşlar tərəfindən karantin rejiminə düzgün əməl edilməməsi ölkədə yoluxanlarla sağalanlar arasında ciddi fərq yaranmasına səbəb olmuşdur.Nəticədə karantin rejiminin yenidən sərtləşdirilməsi zərurəti yaranmışdır. Bu barədə hazırlanmış təkliflərə əsasən həftə sonları tam qapanmanın tətbiqi vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır.Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir.
Ölkə Prezidenti cənab İlham Əliyevin bu il  iyun ayının 3-də Tərtər rayonunda Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır.
Dövlət başçısı Tərtər rayonunda bir sıra mühüm obyektlərin, o cümlədən Tərtər Olimpiya İdman Kompleksinin açılışındakı dərin məzmunlu nitqində Azərbaycan vətəndaşının sağlamlığının, xüsusilə gənclərin və yeniyetmələrin müntəzəm idmanla məşğul olmalarının və sağlam nəsil kimi böyüməsinin onun üçün vacib amil olduğunu vurğulamışdır.Cənab Prezident qeyd etmişdir ki, idmanın inkişafı xalqın sağlamlığıdır.Azərbaycan xalqı indi daha sağlamdır.Həm tibbi müayinədən keçmək, həm də idmanla məşğul olmaq hesab edirəm ki, insanların sağlam olmasında mühüm rol oynayır.
Hazırda rayonda Koronavirusla mübarizə tədbirləri davam etdirilməklə əhali arasında öz şəxsi məsuliyyətini hiss edən hər bir vətəndaşdan Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi riayət etmələrinə dair geniş maarifləndirmə işləri aparılır.

Keçidlər