Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prezidenti İlham Əliyev: Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub.

11 iyun 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixdə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılıan üç modul tipli xəstəxananın açılış mərasimləri olmuşdur.
Açılış mərasimlərində dövlət başçısının dərin məzmunlu nitqi bir daha təsdiqləmişdir ki, Prezident üçün Azərbaycan vətəndaşının sağlamlığından qiymətli heç nə yoxdur.Bu qayğı və diqqət daim öz üzərlərində hiss edən hər bir Azərbaycan vətəndaşı da koronavirus pandemiyası ilə bağlı ölkə rəhbərliyi tərəfindən atılan bütün addımları dəstəkləyir.
Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti tərəfindən çox mühüm addımlar atılıb, qabaqlayıcı tədbirlər həyata keçirilib.Bu isə öz növbəsində dünyanı bürüyən bu ağır pandemiya dövründə Azərbaycanın ən az itkilərlə üzləşməsinə səbəb olmuşdur.
Azərbaycan Prezidenti modul tipli xəstəxanaların açılış mərasimlərində bir qrup səhiyyə işçiləri qarşısındakı nitqində demişdir: “Mənim üçün bir mənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olmuşdur, o cümlədən pandemiya dövründə bizim əsas vəzifəmiz insanları bu ağır xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir.
Dövlət başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə pandemiyaya qarşı ən çətin sınaqlara hazır olmaq üçün qabaqlayıcı tədbirlər yüksək səviyyədə qurulmuşdur.Bu məqsədlə 20-dən çox laboratoriya fəaliyyət göstərir.Koronavirus xəstələrinin müalicəsi üçün ölkədə 20 ən qabaqcıl xəstəxanalar ayrılmışdır.
4 yeni modul tipli xəstəxananın istifadəyə verilməsi də həmin qabaqlayıcı tədbirlərin davamıdır.İyun ayının sonunadək daha 6 modul tipli xəstəxana istifadəyə verilməklə, onların sayı 10-a çatdırılacaqdır.
Təsadüfi deyildir ki, bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibb müəssisələrində müalicə alırlar.Halbuki bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirən, xəstəliyə düçar olan xəstələr çətinlik üzündən ev şəraitində müalicə alırlar ki, bu da onların sağalma ehtimalını ciddi təhlükə altında qoyur.
Biz çox sevinirik ki, Azərbaycanda koronavirusla mübarizənin bazası gücləndirilir.Pandemiyaya qarşı mübarizədə istifadə edilən bəzi tibbi ləvazimatlar artıq Azərbaycanda istehsal edilir.
Bu gün Azərbaycan pandemiyaya qarşı mübarizə tədbirlərində öncül yer tutmaqla bir sıra dünya dövlətlərinə də humanitar yardımlar göstərir.
Pandemiyaya qarşı qarşı mübarizədə Azərbaycanın təşəbbüsü ilə video konfrans formatında beynəlxalq tədbirlərin keçirilməsi də Azərbaycan dövlətinin, onun müdrik Prezidentinin bu məsələyə nə qədər ciddi önəm verməsinin göstəricisidir.
Məhz dövlətlərin həmrəyliyi, hər bir vətəndaşın karantin qaydalarına ciddi əməl etməsi bu xəstəlikdən qalib çıxmaqda əsas rol oynayacaqdır.

Keçidlər