Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda koronavirus infeksiyasına qarşı tədbirlər çərçivəsində əhali ilə maarifləndirmə işləri davam etdirilir.

27 iyun 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması, sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən 30 nəfərdən ibarət yaradılmış 5 mobil qrup  əhali arasında maarifləndirmə tədbirlərini davam etdirir.Mobil qruplarda rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin, ərazi icra nümayəndələrinin, bələdiyyələrin və digər aidiyyəti qurumların nümayəndələri fəaliyyət göstərir.
Gündəlik olaraq mobil qruplar şəhərin ayrı-ayrı küçələrində  əhali ilə söhbət zamanı yaşlılara, birlikdə toplaşaraq gəzinti edən gənclərə, ticarət və iaşə obyektlərinin sahiblərinə və digər vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələrinin məcburi olduğu  bildirilir və hər bir vətəndaşın yalnız maskalardan və digər qoruyucu vasitələrdən istifadə etməklə ictimai yerlərdə hərəkət etmələri çatdırılır.
Aparılan tədbirlər fonunda  epidemiya ilə bağlı Biləsuvar rayonunda da  tibbi-proflaktik vəziyyətə nəzarət gücləndirilir, mütəmadi olaraq dezinfeksiya işləri aparılır. 

 

Keçidlər