Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır.

09 iyul 2020 | 16:00

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin iyul ayının 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi müsahibələr bir daha göstərir ki, Azərbaycan artıq dünya miqyasında çox önəmli rol oynayan bir ölkə kimi özünü təsdiqləmişdir.
Bu gün dünyada tüğyan edən COVİD-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan Prezidenti tərəfindən görülən təsirli tədbirlər dünya dövlətləri tərəfindən çox böyük maraqla izlənilir.
Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlar  sırasında modul tipli xəstəxanaların yaradılması mühüm əhəmiyyət daşıyır.Azərbaycan Prezidenti İlham Əliyev ölkənin üç aparıcı televiziyasına verdiyi müsahibələrində qeyd etmişdir ki, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alır, həmin tibb müəssilərinin 36-sı dövlət başçısının müvafiq Sərəncamları ilə inşa edilmişdir.
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən ölkə ərazisində ümumilikdə 10 modul tipli xəstəxana kompleksinin quraşdırılması, onlardan artıq bir neçəsinin istifadəyə verilməsi ölkənin səhiyyə sistemində əlavə 2 min çarpayı ehtiyatı yaradır.
Məhz Azərbaycan Prezidentinin uzaqgörənliyi nəticəsində ilk günlərdən qabaqlayıcı tədbirlərin görülməsi, məqsədyönlü addımlar atılması bu gün ölkəmizdə vəziyyəti tam nəzarətdə saxlamağa imkan vermişdir.Dövlət başçısının müsahibəsində qeyd etdiyi kimi, baxmayaraq ki, hazırda ölkəmizdə gündə təqribən 500 yeni xəstə qeydə alınır, yəni yoluxmanın tempi yüksəkdir, ancaq vəziyyət yenə də tam nəzarət altındadır.Həm də bu nəzarət təkcə mərkəzdə, iri şəhərlərdə deyil, bütün ölkə miqyasında uğurla həyat keçirilir. Təsadüfi deyil ki, koronavirusla mübarizəyə cəlb olunmuş 45 xəstəxananın əksəriyyətinin bölgələrdə yerləşdiyini xüsusi qeyd etmək lazımdır.Pandemiyanın ilk aylarında respublikamızda cəmi 6 laboratoriya var idisə, hazırda onların sayı 29-a çatıb.daha 15 yeni laboratoriya sifariş edilib.Beləliklə onlar da istifadəyə verildikdən sonra belə laboratoriyaların sayı 44-ə çatacaqdır.Məhz, belə uğurlu addımlara görə Azərbaycan adambaşına düşən testlərin sayına görə dünyada təqribən 40-cı yerdədir.
Azərbaycanın pandemiyaya qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlığı yüksək qiymətləndirilir.ÜST direktorunun Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən zirvə görüşündə iştirakı da bunun bariz  nümunəsidir.
Bütün bunlar bir daha göstərir ki, ölkə vətəndaşlarının sağlamlığı, həyatı dövlət başçısı üçün hər şeydən qiymətlidir və bu, pandemiya dövründə dövlət başçısının daim diqqət mərkəzindədir.Azərbaycan dövləti bunu imkanlarını və səylərini qlobal pandemiyaya qarşı mübarizəyə yönəltmişdir, atılan bütün təsirli addımların məqsədi isə insanlarımızın, onların sağlamlığının, həyatının bu xəstəlikdən qorunması üçündür.
Pandemiya dövründə Azərbaycan Prezidenti tərəfindən atılan sosial addımlar da razılıqla qarşılanır.Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğrasa da, ölkəmizdə heç bir sosial layihə təxirə salınmamışdır.
Belə ki, pandemiya ilində köçkün ailələri üçün 7 mindən çox, şəhid ailələri üçün 1500, qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur.85 min ailə, yəni 300 mindən çox insan ünvanlı sosial yardımla təmin olunacaqdır.
Azərbaycan pandemiya dövründə təkcə öz vətəndaşlarının sosial müdafiəsini gücləndirmək üçün tədbirlər həyata keçirməklə kifayətlənməmiş, həm də 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.
Azərbaycan Prezidenti aparıcı televiziyalara müsahibəsində bir daha qeyd etmişdir ki, bizim Dağlıq Qarabağ münaqişəsində mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur.Azərbaycanın mövqeyi tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanır.Çünki BMT-nin Nizamnaməsinə görə Azərbaycanın özünümüdafiə hüququ vardır.
Bu gün Ermənistan bütün dünyada  terrorçu ölkə kimi tanınır.Onların ideologiyası faşist ideologiyasıdır.2018-ci ildə qədər Ermənistana quldur, kriminal, rüşvətxor xuntanın rəhbərlik etməsi, hazırkı Ermənistanı acınacaqlı vəziyyətə gətirib çıxarmışdır.
Ermənistan bu gün pandemiyadan da ən çox əziyyət çəkən ölkələrdəndir.
Azərbaycanın isə bütün sahələrdə uğurları bizi çox sevindirir.İnanırıq ki, pandemiyaya qarşı mübarizədən də xalqımız uğurla çıxacaq, sıx birlik nümayiş etdirəcəkdir. 

Keçidlər