Şriftin ölçüsü :

Saytın rəngi :

Biləsuvar rayonunda koronavirus infeksiyasına qarşı tədbirlər çərçivəsində əhali ilə maarifləndirmə işləri davam etdirilir.

11 avqust 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması, sosial təcridin gücləndirilməsi, rayonda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən 30 nəfərdən ibarət yaradılmış 5 mobil qrup  əhali arasında maarifləndirmə tədbirlərini davam etdirir.Mobil qruplarda rayon İcra Hakimiyyətinin, rayon Prokurorluğunun, Polis şöbəsinin, ərazi icra nümayəndələrinin, bələdiyyələrin və digər aidiyyəti qurumların nümayəndələri fəaliyyət göstərir.
Əhalinin sıx toplaşdığı məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində mütəmadi keçirilən reydlər zamanı sakinlərlə maarifləndirici söhbətlər aparılır, onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri izah edilərək, qapalı məkanlarda, xüsusən iaşə obyektlərində, ictimai nəqliyyatda tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı ara məsafəsi saxlamaları, karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyyə olunur, eləcə də obyekt sahiblərinə müvafiq göstərişlər verilir.
Aparılan tədbirlər fonunda  epidemiya ilə bağlı Biləsuvar rayonunda   tibbi-proflaktik vəziyyətə nəzarət gücləndirilir, mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

Keçidlər