Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə Prezidentinin qayğısı nəticəsində Biləsuvar şəhərinin daha bir yeni yaşayış massivinin qazlaşması işləri aparılır.

13 avqust 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və tövsiyyəsi ilə son illər ölkənin hər yerində qaz təhcizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş işlər çərçivəsində Biləsuvar rayonunun bütün yaşayış məntəqələri qazlaşdırılmışdır.Hazırda respublikamızda olduğu kimi rayonumuzda da böyüyən və genişlənən yaşayış məntəqələrimizdəki yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinə başlanılmışdır.Bu gün Biləsuvar şəhərinin RTS adlanan yeni yaşayış məhəlləsində çəkilən qaz xətləri artıq başa çatmaq üzrədir.Uzunluğu 1000 metrə yaxın olan 89 və 57 diametrlik xətlərin çəkilişi yekunlaşmış, qazpaylayıcı şkafların qurulması və xəttin mərkəzi magistrala birləşdirilməsi işləri aparılır.Cənab Prezidentin tapşırığına uyğun olaraq Biləsuvar rayon İcra Hakimiyyəti rayonun digər yaşayış məntəqələrindəki yeni massivlərin də manitorinqini apararaq layihə smeta sənədlərini hazırlamış və ərazilərin qazlaşdırılması məqsədilə sənədləri Azəriqaz İB-nə ünvanlamışdır.
Dünyada  baş verən hadisələrdən asılı olmayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin problemlərinin həlli, onların rifah halının daha da yaxşılaşdırılması, insanların rahat yaşaması istiqamətində atdığı addımlar hər bir sakin tərəfindən razılıqla qarşılanır və minnətdarlıqların bildirirlər.

Keçidlər