Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin tapşrığına uyğun olaraq Biləsuvar rayonunda Qarabağ Müharibəsi əlilləri və şəhid ailələrinə üçün inşa olunan fərdi mənzillərin tikintisi sürətlə davam etdirilir.

19 avqust 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə göstərdiyi yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və  hər bir vətəndaş tərəfindən sevinclə qarşılanır.
Ölkə rəhbəri tərəfindən göstərilən bu diqqət və qayğının bariz nümunəsi olaraq rayonumuzda da Qarabağ müharibəsi əlilərinin, şəhid ailələrinin maddi-məişət vəziyyətini yaxşılaşdırmaq məqsədilə 60 mənzilli 4 yaşayış binası, 23 fərdi yaşayış evi tikilib istifadəyə verilmiş, 47 nəfər avtomobillə təmin edilmişdir.
Hazırda rayon ərazisində 18 nəfər Qarabağ Müharibəsi əlili və şəhid ailəsi üçün  fərdi yaşayış evinin tikintisinə başlanılmışdır.Bu mənzillərdən 9-u şəhid ailələrinə, digər 9-u isə Qarabağ müharibəsi əlillərinə tikilir.Mənzillərdən 12-si 3 otaqlı, 6-ı isə 2 otaqlıdır.Tikinti işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Azərbaycan dövlətinin, onun rəhbərinin  öz vətəndaşlarına göstərdiyi bu diqqət və qayğı bütün cəmiyyətimiz tərəfindən o cümlədən, müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır.

Keçidlər