Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Şahmarlı Elvin Malik oğlu

Vətən Müharibəsi şəhidi  Şahmarlı Elvin Malik oğlu - 15 fevral 2002-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. Əliabad kənd tam orta məktəbində orta təhsilini almışdır.
Elvin Şahmarlı 2020-ci ildə həqiqi hərbi xidmətə yollanmışdı.O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, 12 oktyabr tarixində Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.Şəhid Elvin Şahmarlı 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əliabad kənd qəbristanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Elvin Şahmarlı ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və  "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) 
•  (2020) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) 
•  (2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) 

Keçidlər