Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Talıblı Asif Arif oğlu

Vətən Müharibəsi şəhidi  Talıblı Asif Arif oğlu-  1993-cü il aprelin 26-da Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub.Asif 2013-cü ildən Daxili Qoşunların sıralarında xidmət edirdi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Asif Talıblı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edərək Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Qəhrəman əsgərimiz  oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Asif Talıblı ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)

 

Keçidlər