Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Abdullazadə Teymur Faiq oğlu

Vətən Müharibəsi şəhidi  Abdullazadə Teymur Faiq oğlu - 24 iyun 2001-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur.
Teymur Abdullazadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Teymur Abdullazadə 29 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.
Şəhid Teymurun ekiz qardaşı Seymur da Vətən müharibəsində iştirak etmiş və yaralanmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Teymur Abdullazadə ölümündən sonra "Vətən uğrunda",  "Cəsur döyüşçü"  və  "Suqovuşanın azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) 
•  (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) 

 

Keçidlər