Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalisi

Biləsuvar rayonunun ərazisi 1358 kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 79 nəfər təşkil edir.

            2021-ci ildə rayon əhalisinin sayı 855 nəfər və ya 0,8 faiz artaraq  2022-ci il yanvar ayının 1-i vəziyyətinə əhalinin ilkin hesablanmış sayı 107,1 min nəfərə çatmışdır. Əhalinin ümumi sayından 22,0 faizini şəhər (23,6 min nəfər), 78,0 faizini isə kənd sakinləri (83,5 min nəfər) təşkil edir. Əhalinin 50,4 faizi (54,0 min nəfər) kişilər, 49,6 faizi (53,1 min nəfər) qadınlardan  ibarətdir. Əhalinin 27,1 faizi 0-14 yaşda (29,0 min nəfər), 67,6 faizi 15-64 yaşda (72,4 min nəfər), 5,3 faizi (5,7 min nəfər) 65 və yuxarı yaşda olanlardır. Əhalinin 23,9 faizini (25,6 min nəfər) 14-29 yaşda olan yeniyetmələr və gənc nəslin nümayəndələri təşkil edir.
          2021-ci ildə 1398 körpə doğulmuş, 599  ölüm halı qeydə alınmışdır. Əhalinin hər min nəfərinə hesabı ilə ölümlərin sayı 2020-ci illə müqayisədə 6,6-dan 5,6-ya qədər azalmışdır. 2021-ci ildə rəsmi orqanlar tərəfindən  516 nikah bağlanmış və 99 boşanma faktı qeydə alınmışdır.

                                           

 2021-ci ildə 79 nəfər  rayon ərazisinə daimi yaşamaq üçün gəlmiş, 23 nəfər isə qeydiyyatdan çıxıb getmişdir. Miqrasiya saldosu müsbət 56 nəfər olmuşdur. 

Yaşayış məntəqələrinin sayı – 26  (1 şəhər və 25 kənd).
Rayonun ərazisində yerləşən kəndlər aşağıdakı kimidir:
Xırmandalı, Bəydili, Əliabad, Zəhmədabad, Bağbanlar, Çinarlı, Aranlı, İsmətli, Günəşli, Ağayri, Çaylı, Nəsimikənd, Nərimankənd, Səmədabad, Arazbarı, Aşağı Cürəli, Dəvrişli, Əsgərabad, Ovçubərə, Yuxarı Ağalı, Muğankənd, Amankənd, Təzəkənd, Ağalıkənd, Yuxarı Cürəli
Iqtisadi rayon - Şirvan–Salyan iqtisadi rayonu
Nəqliyyat vasitəsinin kodu - 12.
Telefon kodu - 2529.
Poçt kodu (Mərkəzi PŞ) - AZ 1300.

 

Keçidlər