Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Əzizli Elnur Şahin oğlu

 Vətən Müharibəsi şəhidi  Əzizli Elnur Şahin oğlu -25 sentyabr 2000-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur.Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Elnur Əzizli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Elnur Əzizli 12 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Elnur Əzizli ölümündən sonra "Vətən uğrunda","İgidliyə görə", "Şuşanın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə  medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (2020) — "İgidliyə görə" medalı (ölümündən sonra) 
•  (29.12.2020) — "Şuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra) 

Keçidlər