Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Əlizadə Tahir Qəribəli oğlu

Vətən Müharibəsi şəhidi Əlizadə Tahir Qəribəli oğlu -1994-cü il iyunun 21-də Biləsuvar şəhərində anadan olub.Azərbaycan Ordusunun giziri olan Tahir Əlizadə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, Hadrut uğrunda döyüşdə yaralansa da, bir müddət müalicə alaraq yenidən döyüşə qayıdıb. Gizir Əlizadə Tahir Şuşa uğurunda döyüşlərdə meşəlik ərazidə çətin döyüş tapşırığını uğurla həyata keçirib. Sonuncu döyüşdə yaralı əsgərlərini xilas edərkən özü də ağır yaralanıb və  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Dekabrın 5-də müalicə aldığı tibb müəssisəsində həkimlərin səyinə baxmayaraq, şəhidlik zirvəsinə ucalıb. Biləsuvar şəhərində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Tahir Əlizadə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (18.12.2020) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)

 

Keçidlər