Şriftin ölçüsü :

Saytın rəngi :

S Ə R Ə N C A M

Biləsuvar rayon  İcra Hakimiyyətində sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı xüsusi qərargahın yaradılması barədə

 

BILƏSUVAR  RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ

 S Ə R Ə N C A M I

 

       Rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı rayon İcra hakimiyyəti sisteminə daxil olan, ərazinin sosial-iqtisadi inkişafına təsir edə bilən qurumların rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil olmaqla xüsusi qərargahın yaradılması və qaynar xətt xidmətinin təşkil olunması məqsədəmüvafiqdir.        

       Eyni zamanda rayonda ciddi təhlillər əsasında sosial-iqtisadi inkişafla bağlı proqnozlar, habelə sahibkarların, vətəndaşların davamlı qəbulu zamanı irəli sürülən fikirlər  ətraflı öyrənililərək təkliflər hazırlanmalı, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirilməlidir. Eləcə də görülən işlərlə bağlı məlumat bazası formalaşdırılaraq  aidiyyəti üzrə işlər icra olunmalıdır.

        Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq  q ə r a r a     a l ı r a m:

1.    Rayonda sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların icrasını təmin etmək məqsədilə rayon İcra Hakimiyyətində  aşağıdakı tərkibdə  Xüsusi qərargah  yaradılsın.

 

         Qərargahın sədri:

 

Quliyev Mahir Hacı oğlu

Biləsuvar rayon İcra Hakimiyyətinin  başçısı

 

Qərargahın üzvləri:

 

 

Məmmədov Xanlar Bayram oğlu

RİHB-nın  birinci  müavini

Həsənov Elsevər Cəmil oğlu

RİHB-nın müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri

Qəmbərova Xəyalə Nazim qızı

RİHB-nın müavini-Ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Şahbazov  Zakir Vəkil oğlu

RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Əzimov Yaşar Şahab oğlu

RİHB-nın  aparatının Memarlıq və tikinti şöbəsinin müdiri

Quliyev Rəfael Cəbrayıl oğlu

RİHB-nın aparatının Sosial-iqtisadi  inkişafın  təhlili   və proqnozlaşdırılması  şöbəsi  müdirinin  müavini

Abbasov İlqar Hümmət oğlu

RİHB-nın aparatının Sosial-iqtisadi  inkişafın  təhlili   və proqnozlaşdırılması  şöbəsinin  baş məsləhətçisi

Təhməzov Eldar Azay oğlu

Maliyyə idarəsinin rəisi

Babayev Ədalət Rəşid oğlu

Suvarma Sistemləri idarəsinin rəisi

Mirzəyev Kamil Səfər oğlu

Cənubi Muğan Kanal İstismar idarəsinin rəisi

Qasımov Qasım Əlibala oğlu   

Kollektorların  istifadəsi idarəsinin rəisi

Məmmədov Məmmədəli  İsmayıl oğlu

“Azərişıq” ASC-nin Biləsuvar Enerji Təchizatı və Satışı idarəsinin rəisi

Kərimov Miramil Mirismayıl oğlu

Lənkəran Qİİ-nin Biləsuvar sahəsi üzrə müavini

Səidov  Sərxoş Əsəd oğlu

Biləsuvar Sukanal idarəsinin rəisi

Mehrəliyev İman Xudaverdi oğlu

“Aqrolizinq”  ASC-nin Biləsuvar Aqroservis filialının  müdiri

Dəniz Vural

“Azərsun” kənd təsərrüfatı məhsulu istehsalat müəssisəsinin  rəhbəri

Əliyev Qulamhüseyn Əlihüseyn oğlu

MKT-İmişli  filialı Biləsuvar məntəqəsinin  rəhbəri

Muradov Vaqif Qafur oğlu

“ÇTS-Aqro” MMC pambıqtəmizləmə zavodunun  direktoru

Ufuq Çetin

“Biləsuvar  Aqro” MMC-nin icraçı direktoru

Quliyev Vidadi Zöhrab oğlu

“Aqro Master” MMC-nin istehsalat şöbəsinin müdiri

Salahov Samir Dursun oğlu

MNK Narçılıq təsərrüfatının rəhbəri

Bağırov Yusif Yunsur oğlu

“Biləsuvar Süd” MMC-nin icrası direktoru

Kazımov Yusif Xudaverdi oğlu

“Muğan-Store”nin rəhbəri

Əsədov Yaşar Saday oğlu

“Uğur” marketin rəhbəri

Əliyev Zahid Bayram oğlu

Azərbaycan sahibkarlar özəl və elm müəssisələri işçilərinin Biləsuvar rayon həmkarlar ittifaqı komitəsinin sədri

Quliyev Əlövsət Məmməd oğlu

Əmlak Məsələləri Dövlət komitəsi 15 saylı ərazi şöbəsinin aparıcı məsləhətçisi

Novruzov Hacıəli Hacıəmən  oğlu

Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti 8 saylı ərazi idarəsi Biləsuvar rayon şöbəsinin müdri

Məmmədov Ramazan Cəfər oğlu

Dövlət vergi müfəttişi

     

 

2.    Qərargahın fəaliyyətinin operativliyini təmin etmək məqsədilə (025)-29-5-02-11 nömrəli qaynar xətt xidməti təşkil  edilsin.

3.    Qərargah üzvləri tərəfindən görülmüş işlər və  həyata keçirilmiş tədbirlər barədə mütəmadi olaraq məlumatların qərargaha verilməsi təmin edilsin.

4.    Qərargahın fəaliyyəti barədə məlumatların hər ayın 1-i və 15-də Azərbaycan Respublikası Prezidenti Administrasiyası  Regional İdarəetmə və yerli özünüidarəetmə  orqanları ilə iş şöbəsinin elektron ünvanına göndərilməsi təmin edilsin.

5.    Sərəncamın icrasına nəzarəti öz üzərimə götürürəm.

Mahir Quliyev

Biləsuvar rayon İcra

Hakimiyyətinin  başçısı    

3  fevral 2016-ci il                     

 

 

 

Keçidlər