Şriftin ölçüsü :

Saytın rəngi :

S Ə R Ə N C A M

Biləsuvar rayonunda 2016-ci ilin  fevral ayının 15-dən 

may ayının 02-dək əhalinin tibbi müayinədən keçirilməsi  haqqında

 

BILƏSUVAR  RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ

 S Ə R Ə N C A M I

 

 

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən  2016-cı ilin fevral ayının 15-dən may ayının 02-dək respublika əhalisinin növbəti  tibbi müayinəsi  aparılacaqdır.

Bununla əlaqədar Biləsuvar rayonunda əhalinin  tibbi  müayinəsinin yüksək səviyyədə təşkili məqsədilə bir sıra tədbirlər görülmüş, 3 daimi və bir səyyarı məntəqə təşkil olunmuş, müayinədə iştirak edəcək həkim briqadalarının tərkibi müəyyənləşdirilməklə, bütün tibb müəssisələri  və səhiyyə işçiləri bu işə cəlb olunmuşlar.

Rayon İcra Hakimiyyətinin şöbələri, şəhər və kənd inzibati ərazi dairə üzrə nümayəndəlikləri, rayon Səhiyyə şöbəsi tərəfindən əhali arasında maarifləndirmə izahat işlərinə başlanmışdır.

Ölkə  Prezidentinin tapşırığına uyğun olaraq rayonda əhalinin  tibbi müayinəsinin yüksək səviyyədə aparılmasını təmin etmək məqsədilə     q ə r a r a  a l ı r a m:

1.    Biləsuvar rayonunda 2016-cı ilin  fevral ayının 15-dən may ayının  02-dək əhalinin tibbi müayinəsi keçirilsin.

2.    Bununla əlaqədar idarə, müəssisə və təşkilatlarda çalışanların, şəhər və kənd yaşayış məntəqələrində əhalinin tibbi müayinədən keçirilməsinə dair tərtib olunmuş qrafik təsdiq edilsin (əlavə olunur)

3.    Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şamil Cəfərova tapşırılsın ki, əhalinin tibbi müayinəsinin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə bütün tibb müəssisələrinin tam hazır vəziyyətdə olmasını,lazımı tibbi avadanlıq və dərmanlarla təchizatını, bütün səhiyyə işçilərinin bu işə geniş cəlb olunmasını təmin etsin.

4.    Rayon İcra Hakimiyyəti başçısının  müavini, ictimai-siyasi və humanitar  məsələlər şöbəsinin  müdiri  Xəyalə Qəmbərovaya tapşırılsın ki, rayonda tibbi müayinənin gedişi barədə məlumatların hər həfdə Azərbaycan Respublikası  Prezidenti Administrasiyasının elektron ünvanına  göndərilməsini  təmin etsin.

5.    Sərəncamın icrasına nəzarət rayon İcra Hakimiyyəti başçısının  müavini, ictimai-siyasi və humanitar  məsələlər şöbəsinin  müdiri  Xəyalə  Qəmbərovaya tapşırılsın.

 

 

Mahir Quliyev

       Biləsuvar rayon İcra

Hakimiyyətinin  başçısı    

 

9  fevral 2016-ci il     

 

 

 

 

Keçidlər