Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Xalid Həsən oğlu Gözəlov

Vətən Müharibəsi şəhidi Xalid Həsən oğlu Gözəlov 1996-cı il noyabrın 4-də Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub.2012-2016-cı illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb.Xalid Gözəlov akademiyanı bitirdikdən sonra 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında "leytenant" rütbəsi və pilot vəzifəsi ilə xidmətə başlayıb. 2019-cu ildə baş leytenant  rütbəsi alıb.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan hərbi pilot Xalid Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə  şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Xalid Gözəlov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Qubadlının azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!

 


Təltifləri
•  (18.08.2014) — "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" yubiley medalı
•  (18.08.2019) — "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (15.12.2020) — "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli (ölümündən sonra)
•  (29.12.2020) — "Qubadlının azad olunmasına görə" medalı (ölümündən sonra)

Keçidlər