Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Namiq Abış oğlu Mailov

Vətən Müharibəsi şəhidi Namiq Abış oğlu Mailov- 1983-cü ildə Biləsuvar rayonunda anadan olub. 2007-ci ildə hərbi məktəbdə gizirliyi oxuyub, tank komandiri kursunu bitirərək Naxçıvana yola düşüb. Ailəli idi, iki oğlan övladı var.
Namiq Mailov 2011-ci ildə könüllü olaraq Füzuli rayonuna tank taboruna göndərilib. 2015-ci ildə nümunəvi xidmətini nəzərə alaraq zabit kurslarına göndərilir. 2016-cı ildə kiçik leytenant rütbəsi ilə bölük komandiri kimi döyüşlərdə iştirak edərək yaralanır. Aprelin 3-də yaralanmasına baxmayaraq qısa bir zamanda sağalaraq yenidən xidmətə qayıdır. Aprel döyüşləri veteranı idi. 27 sentyabrda başlayan döyüşlər zamanı bölük komandiri idi. Sentyabrın 27-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qorxmadan düşmənin üzərinə atılaraq düşmənin ön cəbhə xəttini yaran Namiq Mailov düşmənin bir neçə istehkam məntəqəsini və texnikasını məhv edir. Füzuli istiqamətində bir neçə kənd irələdikdən sonra gedən şiddətli döyüşlərdə canına bərabər tutduğu tankı ilə birlikdə qəhramancasına şəhid olur. Namiq Mailov oktyabrın 4-də doğulduğu Biləsuvar şəhər qəbristanlığında torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Namiq Mailov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “İgidliyə görə”  medalları  ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!


Təltifləri
•   III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
•   II dərəcəli "Qüsursuz xidmətə görə" medalı
•   "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
•   "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
•   "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra) 

Keçidlər