Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Ceyhun Nazim oğlu Gözəlzadə

Vətən Müharibəsi şəhidi Ceyhun Nazim oğlu Gözəlzadə- 25 aprel 2002-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. 2009-2020-ci illərdə Bəydili kənd orta məktəbini bitirmişdir.Ceyhun Gözəlzadə 2020-ci ilin iyul ayında Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlamışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Ağdərə rayonu istiqamətində gedən döyüşlərə könüllü qoşulmuş və bu döyüşlərdə də  qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Ceyhun Gözəlzadə 30 sentyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Bəydili kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Ceyhun Gözəlzadə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalıları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) 
•  (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra) 

Keçidlər