Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Eynullayev Rövşən Elşən oğlu

Vətən Müharibəsi şəhidi Eynullayev Rövşən Elşən oğlu- 14 fevral 2000-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Nərimankənd kənd tam orta məktəbində təhsil almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Rövşən Eynullayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, 29 sentyabr 2020-ci il tarixində Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə  düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Rövşən Eynullayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Döyüşdə fərqlənməyə görə" medalı (ölümündən sonra) 

Keçidlər