Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Cəfərov Tehran Nadir oğlu

Vətən Müharibəsi şəhidi Cəfərov Tehran Nadir oğlu - 12 mart 1992-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Tehran Cəfərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Tehran Cəfərov 1 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Tehran Cəfərov  ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə"   və "İgidliyə görə"" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) 
•  (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra) 

Keçidlər