Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Məmmədov Elvin Tərlan oğlu

Vətən Müharibəsi şəhidi Məmmədov  Elvin Tərlan oğlu  - 12 dekabr 1992-ci ildə Biləsuvar rayonu Xırmandalı kəndində anadan olmuşdur. 1998-2008-ci illərdə Xırmandalı kənd 1 nömrəli tam orta məktəbdə əsas təhsilini başa vurmuş, 2011-ci ilin yanvarından 2012-ci ilin iyul ayına kimi Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2014-cü ildən yenidən hərbi xidmətə qayıdaraq Daxili Qoşunların N saylı hərbi hissəsində çavuş kimi xidmətə başlamışdır. Ailəli idi, 1 övladı var.
Elvin Məmmədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş və  Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid Elvin Məmmədov 3 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Xırmandalı kənd məzarlığında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Elvin Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!

Təltifləri
•  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
•  (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)

Keçidlər